Türkiyə ordusu arsenalını yerli PUA-larla zənginləşdirir 

12:10 06.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları arsenalını yerli pilotsuz uçuş aparatları ilə zənginləşdirir.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İstehsalat Birliyinin rəhbəri İsmail Demir bildirib.

O, sosial şəbəkə hesabında yazıb ki, quru qoşunlarına təhvil verilən “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatları (SİHA) yerli imkanlar hesabına istehsal olunan CATS kameralarla da təchiz edilib.